15 Fevral 2017 17:59
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan Respublikasının dünyanın bir çox ölkələri ilə diplomatik əlaqələrinin qurulmasının 25 illiyi qeyd olunacaq. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikasının həmin ilin sonlarından etibarən dünya ölkələri tərəfindən tanınmasına başlanılıb. Əsas diplomatik tanınma isə 1992-ci ilə təsadüf edib. Həmin ildə əksər dünya dövlətləri ilə ikitərəfli əlaqələrə dair protokol imzalanıb.

Xarici İşlər Nazirliyi 2017-ci ildə Azərbaycanın dünyanın bir çox ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi ilə əlaqədar “Diplomatiya tariximiz” silsiləsi çərçivəsində 1992-ci ildə diplomatik əlaqələrin qurulması haqqında mübadilə olunmuş nota və imzalanmış protokolların yayılmasını keçirəcəyini bəyan edib.

Nazirlik ilk olaraq Türkiyə Respublikası ilə 14 yanvar 1992-ci ildə Bakı şəhərində imzalanmış diplomatik münasibətlərin bərpa edilməsi haqqında protokolu nümayiş etdirib. Protokolu Azərbaycan tərəfdən xarici işlər naziri Hüseynağa Sadıqov, Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müşaviri Bilal Şəmşir imzalayıb.

Teleqraf.com XİN-in yaydığı məlum sənədi təqdim edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər