4 Sentyabr 2015 10:00
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub.

Teleqraf.com-un xəbərinə görə, AMEA Respublika Seysmoloji Xİdmət mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 5-6 bala qədər hiss olunub.

Sakinlərin bildirdiyinə görə, yeraltı təkan paytaxt Bakı ilə yanaşı Gəncə, Mingəçevir, Ağdam, Bərdə, Füzuli, Biləsuvar, Xaçmaz, Tovuz, Yevlax, Gədəbəy, Zaqatala, Balakən, Şəki, Ucar, Kürdəmir, Göyçay, Ağdaş, Şamaxı, İsmayıllı və digər rayonlarda hiss olunub.

Hələlik dəyən ziyan barədə məlumat yoxdur. Hazırda zəlzələ ilə bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər