19 Dekabr 2015 14:29
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Konfederasiyasının Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik bildirib.

Görüş keçiriləcək binada Azərbaycan və Ermənistan prezidentlərini İsveçrənin prezidenti Didye Burqhalter qarşılayıb.

***

Berndə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın təkbətək görüşü keçirilir.


Amerikalı həmsədr Ceyms Uorlik öz “twitter” səhifəsində yazıb.

Prezidentlərin görüşündən sonra ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri və xarici işlər nazirlərinin iştirakı ilə geniş tərkibli görüş gözlənilir.

***

AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.

Görüşdən sonra birgə foto çəkdirildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü oldu.


Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər