9 İyun 2016 14:52
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, qərarların icrası və görülmüş işlərin müzakirəsi ilə başlayan toplantıda mayın 25-də “Bankların çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda keçirilmiş dəyirmi masanın nəticələri ətrafında fikir mübadiləsi olub.

Qeyd edilib ki, bank sektorunun sağlamlaşdırılması istiqamətində ADR Hərəkatının mütəxəssislərlə birlikdə hazırladığı təkliflər paketi aidiyyatı orqanlara təqdim olunub.

Bundan başqa Mil-Muğan və Yuxarı Qarabağ bölgəsinə ADR Hərəkatı rəhbərliyinin səfəri, sədrin yanında Məsləhət Şurası üzvləri ilə görüş, Səbayel rayon təşkilatının konfransının nəticələrinə, eləcə də mayın 28-də Respublika günü münasibətilə Salyanda təşkil olunmuş bayram tədbirinə dair məlumatlar dinlənilib.
İclasda həmçinin ADR Hərəkatının Ali Məclisində qəbul edilən qərarların icrası istiqamətində fikir mübadiləsi aparılıb və razılaşdırılıb ki, ADR Hərəkatının xaricdə fəaliyyət göstərəcək qurumlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı sənəd yekun variantda növbəti iclasın müzakirəsinə çıxarılsın.

Almaniya parlamentində (Bundestaq) 1915-ci il olaylarının “erməni soyqırımı” kimi tanınmasına dair qətnamənın qəbulunu haqsız və ədalətsiz hesab edən ADR-çilər bu hadisənin tarixi köklərini araşdırmadan ondan siyasi məqsədlər üçün istifadə etməyin yolverilməz olduğunu qeyd ediblər.

İclasda ötən həftə Bakıda səfərdə olan NATO-da ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Ben Hodcesin verdiyi 3 təklif müzakirə olunub.

Onların hər birini müsbət qarşılayan ADR Hərəkatı İdarə Heyətinin üzvləri Azərbaycan hərbiçilərinin Gürcüstanda və Ruminiyada keçirilən, eləcə də Bakıda təşkil olunan təlimlərdə geniş iştirakçılığını məqsədəmüvafiq hesab edib.

Qarşıda duran vəzifələrin müzairəsi zamanı növbəti 3 aylıq planlaşma aparılıb. Fəaliyyət planı üzrə növbəti dövrdə regionlara səfər qrafiki, Ali Məclisin komissiyalarının formalaşdırılması, informasiya siyasətinin təkilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər