20 İyun 2016 15:18
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı danışıqlarının əsas vəzifəsi Dağlıq Qarabağda hərbi əməliyyatların bərpasından sığortalanmaqdır.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib:

"Biz qoşunların təmas xəttində əldə edilmiş nəticələrin itməsinə yol verə bilmərik. Qarşıdakı danışıqlar çox çətin olacaq. Vladimir Putin İlham Əliyev və Serj Sarkisyanla təkbətək görüşəcək. Daha sonra üçtərəfli görüş olacaq və prezidentlər birlikdə yemək yeyəcək".

Samir


Müəllif:

Oxşar xəbərlər