21 İyun 2016 11:06
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İcra Katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair keçirilən görüşə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Aydın Mirzəzadə prezidentlərin görüşünün nəticəsi olaraq üç məqamın diqqəti cəlb etdiyini bildirib: “Birincisi, Azərbaycan prezidenti İlham Əlliyev görüşdən əvvəl problemin həllində əsas məsələnin Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoyulması olduğunu bildirdi.

İkincisi, prezidentlər görüşün nəticəsi olaraq bir sıra məsələlərdə anlaşma əldə olunduğunu bəyan etdilər və növbəti görüşlərin də bu formatda (üç ölkə prezidentinin iştirakı ilə) keçirilməsi barədə razılığa gəldilər”.

Aydın Mirzəzadə qeyd edib ki, nəhayət, üçüncü məqam hər üç ölkənin xarici işlər nazirləri görüşdən razı qaldıqlarını bildirdilər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər