23 İyun 2016 22:51
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəhdət Partiyasının IV qurultayından sonra Baş Məclisin iclası keçirilib.

Teleqraf.com Vəhdət Partiyasının mətbuat xidmətinə istinadən bildirir ki, Baş Məclis 22 yanvar 2016-cı il tarixdə təsdiq olunan Partiyanın büdcə və ştat cədvəlində dəyişikliklər edib, eləcədə Siyasi Şura və sədr aparatının tərkibi təsdiq olunub.

Partiyanın rəhbər strukturunun tərkibi aşağıdakı kimi olub: Partiyanın və Siyasi Şuranın sədri Tahir Kərimli. Partiya sədrinin birinci müavini və sədr aparatının rəhbəri Abdulvahab Manafov. Baş Məclisin sədri prof. Şəfiq Pənahi. MNTK-nın sədri Etibar Səmədov, üzvləri Habil Abdullayev, Habil Hümbətov, Zaur Kərimli, Hacıbaba Vahabov, Qərinə Babayeva, Akif Şahverdiyev.

Sədrin ideoloji işlər üzrə müavin Şahlar Məmmədov, təşkilati məsələlər üzrə müavin Fəxrəddin Kərimli, ümumi məsələlər üzrə müavin Meybulla Meybullayev.

Sədrin müşavirləri; Səftər Baxşıyev və İntiqam Həsənov. Baş Məclis sədrinin müavini və Siyasi Şuranın üzvü Fəxrəddin Ağazadə. Baş Mühasib Rəhimə Heydərova.

Mətbuat Xidmətinin rəhbəri Coşqun Kürçaylı. Şöbə müdirləri: Qadınlarla iş şöbəsinin müdri Rəhilə Heydərova, Gənclərlə iş şöbəsinin müdrü Fuad Səmədzadə, Hüquq şöbəsinin müdrü Zaur Kərimli. Sədrin köməkçisi və deputat köməkçisi ilə əlaqələndirici Zaur Əhmədov.

Texniki heyət; Nurəli Musayev, Dilsuz Cəfərov, Fəlakət Cəfərova. Bakı və Abşeron bölgəsi üzrə səlahiyyətli nümayəndə; Rüstəm Musayev; Sumqayıt və Quba Xaçmaz bölgəsi üzrə səlahiyyətli nümayəndə Vasif Əfəndiyev; Gəncə və Gəncəbasar bölgəsi üzrə səlahiyyətli nümayəndə Hikmət Muradov; Mərkəzi Şirvan bölgəsi üzrə səlahiyyətli nümayəndə Akif Soltanov; Şəki-Zaqatala bölgəsi üzrə səlahiyyətli nümayəndə Sadiq Səmədov; Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndə Nizami İsmayılov; Aran bölgəsi üzrə səlahiyyətli nümayəndə Şiraslan Süleymanov; Şirvan şəhəri və Muğan bölgəsi üzrə səlahiyyətli nümayəndə Məcnun Nəcəfov; Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndə Əflatun Bədəlov təsdiq olunub.
Bununla da Baş Məclis öz işini tamamlayıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər