Milli Məclin növbədənkənar sessiyasının sonuncu iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, deputatlar birbaşa gündəlikdə duran məsələlərin müzakirəsinə keçiblər.
Millət vəkilləri "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsini müzakirə ediblər. Bu haqda komitə sədri Ziyad Səmədzadə məlumat verib. O, qeyd edib ki, təklif edilən dəyişikliklər vacibdir.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu dəyişiklikləri müdafiə etdiyini açıqlayıb.
Zahid Oruc isə deyib ki, Britaniyada Avropa Birliyindən çıxmaq xətti qalib gəldi: “Fikrimcə, Devid Kameron istefa verə bilər. Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən funt sterlinq 1.35-ə düşüb. Eləcə də avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, tax-free siyasətinə diqqətlə yanaşmaq lazımdır”.
Spiker Oqtay Əsədov deyib ki, tax-free dünyanın 130 ölkəsində işləyir: “Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?”.
Spiker Oqtay Əsədovun bu fikirləri Zahid Orucun etirazına səbəb olub. Deputat yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb. Spiker Zahid Orucu sakit olmağa dəvət edib: “Siz danışdınız, mən də sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm, yerindən danışma”.
Zahid Orucun yerdən danışması spikeri yenidən əsəbləşdirib: “Otur yerində. Sakit ol. Səviyyəni gördük”.
Komitə sədri Siyavuş Novruzda tərəfləri sakitliyə dəvət edərək spikerin istənilən məsələ ilə bağlı fikrini demək hüququ olduğunu bildirib.
Nemət