KXCP İdarə Heyətinin toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, KXCP Ali Məclis sessiyasının nəticələri müzakirə edilib, ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul olunub.
Yığıncaqda iyun ayında Elçibəylə bağlı çoxsaylı tədbirlərin keçirilməsi, mediada geniş informasiyaların yayılması, gənclərin Elçibəy irsinə daha böyük maraq göstərməsi müsbət qiymətləndirilib, bu istiqamətdə fədakarlıq göstərən gənclərin, KXCP üzvlərinin fəaliyyəti alqışlanıb.
Yığıncaqda Qarabağ probleminin son durumu və sosial-iqtisadi durumla bağlı bəyanatlar qəbul edilib.
Nemət