“Anti-böhran” Koalisiyasına daxil olan partiyaların KXCP mənzil-qərargahında yığıncağı keçirilib.
Teleqraf.com-un xəbərinə görə, toplantıda ictimai-siyasi məsələlər müzakirə edilib, Qarabağ problemi ilə bağlı son günlər baş verən hadisələr araşdırılıb və 1993-cü ilin 4 iyununda baş vermiş qiyamla bağlı mediada aparılan müzakirələrə münasibət ifadə edilib.
Müxalifətin yığncağında İstanbulun Atatürk hava limanında törədilən terrorla bağlı üzüntü ifadə edilib və qardaş türk xalqına dərin hüznlə başsağlığı verilib.
“Anti-böhran” Koalisiyasının toplantısında KXCP, Azadlıq, BAP, Xalq, Milli Konqres, Ağ Partiyanın rəhbərliyi iştirak edib.
Cavad