1 İyul 2016 12:01
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Soçi şəhərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin iclası başlayıb.

Toplantını Rusiyanın xairici işlər naziri Sergey Lavrov açıb.

Görüşdə təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də QDİƏT-də Rusiyanın sədrliyinin yekunları müzakirə ediləcək.

Xatırladaq ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və təşkilata 12 dövlət - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir. (“Report”)


Müəllif:

Oxşar xəbərlər