Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovun başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Y.Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin (MSN) fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev görüşdə iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti MSN-in bir neçə müəssisəsində olub, istehsal prosesini yaxından izləyib.
BƏXTİYAR