11 İyul 2016 18:34
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilib.

Teleqraf.com xəbər verir ki, yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

İdarə Heyətinin toplantısında 13 iyul 2016-cı il saat 17:30-da Bakı şəhər, Sumqayıt və Ərazisi işğal olunmuş rayon şöbələrinin müşavirəsinin keçirilməsi qərara alınıb. Müşavirədə 16 iyul 2016-cı ildə AXC-nin yaranmasının 27-ci il dönümü ilə bağlı tədbirlərə hazırlıq və 24 iyul 2016-cı il KXCP sədrinin gənclərlə görüşünə hazırlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Nemət


Müəllif:

Oxşar xəbərlər