“Türkiyə çox böyük bir təhlükədən qurtuldu. Amma bu olaylardan sonra baş verənlər də az təhlükəli deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Türkiyədə baş verənlədə münasibət bildirərkən deyib.
A.Nağı qeyd edib ki, ordu, din, hakimiyyət haqda zərərli fikirlər formalaşdırmağa çalışanlar var. Onun sözlərinə görə, hakimiyyət düzgün nəticələr çıxarıb iş görsə, özləri də udar, Türkiyə də: “Hakimiyyət öz rəqiblərinə divan tutmaq yolunu tutsa, öz ömrünü maksimum qısaltmış olacaq. Bundan özü də uduzacaq, Türkiyə də. Yeganə düzgün yol cəmiyyətin konsolidasiyasıdır. Amma təəssüf ki, bu yolla getdikləri hiss olunmur. Bizim yaşadığımız sovet dövrünün ənənələrinə oxşar təbliğat kampaniyası gedir. Bu, heç arzuolunan deyil. Əsgərlərin guya başlarının kəsilməsi ilə bağlı göstərilən kadrların doğruluğu ciddi şübhə doğurur, bu, ermənilərin Sumqayıtla bağlı apardıqları təbliğata bənzəyir”.
Səxavət