26 İyul 2016 12:06
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva Böyük Britaniya parlamentinin üzvü lord Northbookla görüşüb və Qarabağ münaqişəsindən danışıb.

Teleqraf.com-un məlumatına görə, Q.Paşayeva Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycanla Böyük Britaniya arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın daha da inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində getdikcə daha da inkişaf etdiyini deyib.

Q.Paşayeva eyni zamanda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib.

Lord Northbook Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını deyib. İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyən lord Northbook yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu da deyib.

Millət vəkili Q.Paşayeva Belçikada Flaman bölgənin türk kökənli millət vəkili Güler Turanla görüşdə Xocalı soyqırımından danışıb. Q.Paşayeva Belçikada harada doğulmasından asılı olmayaraq təxminən 170 mindən çox türk kökənli insanın yaşadığını vurğulayaraq bunun çox böyük bir güc olduğunu deyib. O, səsimizi Belçika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.

Millət vəkili Güler Turan öz növbəsində bu istiqamətdə Azərbaycana əlindən gələn dəstəyi göstərməkdə davam edəcəyini vurğulayıb. Görüş zamanı müxtəlif coğrafiyalardan Belçikaya gələrək bu ölkədə yaşayan türklər, onlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə bağlı da fikir mübadiləsi aparılıb.
Q.Paşayeva Güler Turanı Azərbaycana dəvət edib. İndiyə qədər Azərbaycanda olmadığını deyən G.Turan Azərbaycana gəlməkdən və yaxından tanışlıqdan məmnun olacağını deyib. Q.Paşayeva G.Turana Qarabağ həqiqətləri ilə bağlı kitablar, materiallar və filmləri hədiyyə edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər