Bu gün sentyabrın 26-a təyin olunmuş Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədilə təşəbbüsçülərin yığıncağı keçirilib.
Teleqraf.com YAP-ın saytına istinadən xəbər verir ki, yığıncağda 3952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib.
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun “Yeni Azərbaycan” adlandırılması qərara alınıb.
Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub, habelə yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.
Səxavət