4 Avqust 2016 11:25
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu Qəbələ və Şəkiyə işgüzar səfər edib.

Rumıniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində D.K.Çobanu Qəbələ və Şəkinin icra hakimiyyəti başçıları - Səbuhi Abdullayev və Elxan Usubov ilə görüşüb.

Səfirə bu iki regionda həyata keçirilən mühüm sosial və iqtisadi layihələr haqqında məlumat verilib. Rumıniya səfiri Qəbələ və Şəkinin heyranedici inkişafından məmnunluğunu ifadə edib. D.K.Çobanu Rumıniyanın Azərbaycanın müxtəlif regionları ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi prosesini davam etdirməkdə maraqlı olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir və yüklərin daşınması sahəsində böyük imkanlar açır.

Diplomat, həmçinin Azərbaycanın Rumıniya üçün strateji tərəfdaş olduğunu, son illərdə əlaqələrin bütün sahələrdə intensiv inkişaf etdiyini vurğulayıb. D.K.Çobanu Rumıniya və Azərbaycanın iki ölkə xalqlarının rifahı naminə gələcək illərdə də səmərəli əməkdaşlığı davam etdirəcəyinə ümidvar olduğunu qeyd edib.
Xatırladaq ki, D.K.Çobanunun Azərbaycandakı diplomatik missiyası avqustun 17-də başa çatacaq.


Müəllif:

Oxşar xəbərlər