AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri Oqtay Fərzəliyev bu gün səhər saatlarında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə AMEA-ının rəsmi səhifəsində məlumat yerləşdirilib.
Qeyd edilib ki, Oqtay Soltan oğlu Fərzəliyev 2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyib. 2017-2019-cu illərdə AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb:
“2022-ci ildən AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin!”