Sentyabrın 5-i saat 18:00-a olan məlumata əsasən şimal-qərb küləyi arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib. Bu, sarı xəbərdarlığa uyğundur.
Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.