5 Avqust 2016 16:20
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov səfir B.Şufsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər