5 Avqust 2016 17:39
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) “Qarabağ müharibəsi. Qısa tarix” (Azərbaycan dilində), “Xocalı soyqırımı” (Azərbaycan, ingilis, rus dillərində), “Quba məzarlığı – erməni cinayətlərinin qanlı izi” (Azərbaycan, ingilis, rus, türk, alman, fransız, gürcü dillərində) kitabları çapdan çıxıb.

QAT-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, kitablarda Qarabağ müharibəsi, erməni işğalı və vəhşilikləri haqqında məlumat verilir, erməni cinayətləri şəkillərlə əyani nümayiş etdirilir. Kitabların Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrdə paylanması, kitabxana, ali təhsil ocaqları, dövlət qurumları, səfirliklərə pulsuz paylanması nəzərdə tutulur. Kitablar Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr olunub.

QAT bu kitablardan əlavə öz hesabına “Qarabağ dünən, bu gün və sabah” (XIV buraxılış), “Qarabağ gündəliyi” (XIV və XV buraxılışlar) kitablarını da nəşr etdirib. Dağlıq Qarabağ münaqişəsinə dair məqalələrin toplandığı, münaqişə ilə bağlı gündəlik hadisələrin izləndiyi bu kitablar da pulsuz paylanacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər