10 Avqust 2016 12:44
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu önəmli açıqlamalar verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda canlı mətbuat konfransı keçirən nazir Rusiya səfəri və bir sıra məsələlərlə bağlı əhəmiyyətli fikirlər işlədib.

Çavuşoğlu deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovu yüksək iş birliyi toplantısında iştirak məqsədilə Alaniyaya dəvət edib. O, bildirib ki, qarşıdakı günlərdə bu səfər reallaşacaq.

Nazir daha sonra deyib ki, Rusiya ilə ortaq bir fond qurulması qərara alınıb: “Beləcə, iş adamlarının önü açılacaq. Suriyada atəşkəsə nail olunması və insani yardımlarda problemlər olmamalıdır. Nəticə verəcək müzakirələrə başlamaq lazımdır. Əsədli və ya Əsədzis Suriya məsələsi dialoq yolu ilə həll edilə bilər”.

Mövlüd Çavuşoğlu daha sonra deyib ki, Ankaranın Rusiya ilə münasibətləri heç də Qərbə mesaj göndərmək məqsədilə qurulmur: “Biz öz və bölgəmizin maraqları və mənfəəti üçün bunu həyata keçiririk. Qərb 15 iyul çevrilişi məsələsində sinifdə qalıb. ABŞ ciddi xətalara yol verdi. Qərb Türkiyəni itirəcəksə, bunu özünün xətaları üzündən itirəcək”.

Cavad


Müəllif:

Oxşar xəbərlər