Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev istirahət üçün Qusarın Ləzzə kəndinə gedib.
Teleqraf.com xəbər verir ki, partiya sədri Feysbukda hazırda Ləzzə kəndində olduğunu bildirib və buranı Azərbaycanın ən gözəl məkanlarından biri olduğunu qeyd edib.
Teleqraf.com xəbər verir ki, sözügedən ərazidə Azadlıq Partiyasının sədri Əhməd Orucun evi var. Ə.Oruc burada əsasən arıçılıqla məşğul olur.
ALDP ilə Azadlıq Partiyası isə “Azadlıq” Siyasi Partiyaların Məşvərət Məclisində birgə fəaliyyət göstərir və müttəfiq hesab olunurlar.
Belə görünür ki, Fuad Əliyev Ləzzəyə Əhməd Orucun qonağı simasında gedib.
Cavad