Sentyabrın 26-a təyin olunmuş Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını uğurla başa çatdırıb.
YAP-dan Teleqraf.com-a verilən məlumata görə, 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Seçki Məcəlləsinin tələbinə uyğun olaraq 40 mindən artıq seçici imzası toplanıb.
“Yeni Azərbaycan” təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və MSK tərəfindən qəbul edilmiş təlimata müvafiq olaraq tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Səxavət