13 Avqust 2016 12:47
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ABŞ-da prezident seçkiləri ərəfəsində namizədlərin bir-birinə qarşı ciddi ittihamlar irəli sürməsini şərh edib.

Teleqraf.com xəbər verir ki, partiya sədrinin fikrincə, dünyanı idealistlər deyil, marginallar idarə edir:

“ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Tramp bugünkü prezident Obamanı və keçmiş dövlət katibi, demokratların namizədi Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib. İttiham olunanlardan hələlik tutarlı bir cavab yoxdur. Qarşılığında Trampın vergi şəffaflığından yayındığı bildirilir.

Maraqlıdır, dünyanı idarə edən super gücün bugünkü siyasi rəhbərliyi dünya miqyaslı terrorizmdə suçlanır. Günahlandıran da sıradan şəxs deyil, iki prezidentliyə namizəddən biridir. Sabahkıların da biri terrorçuluqda, digəri isə maliyyə dələduzluğunda günahlandırılır. Bizim bəşər övladı olaraq perspektivimizə bir bax.

Ona görə dünya bu kökdədir. Dünyanı idealistlər deyil, marginallar idarə edir. Üzdə olan aktyorlar, pərdəarxası bosların marionetləridir. Müharibələr, işğallar, milyonlarlarla qaçqın ordusu, yüz minlərlə ölü-belə siyasətin ağır fəsadlarıdır. Belə dünya idarəçiliyidir ki, İŞİD, PKK, Əl-Qaidə, Əl-Şabab, Gülən camaatı və s. brendlər gün ərzində eşitdiyimiz ən populyar ifadələrdir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər