23 Avqust 2016 12:05
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkdilli dövlətlərin dövlət başçılarının 6-cı sammitinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur”.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramin Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.

R.Həsənovun sözlərinə görə, sammitin əsas mövzusu gənclər və idman mövzusuna həsr olunsa da, bölgədə terrorizmə qarşı mübarizə işi də müzakirə olunacaq.

TDƏŞ-in baş katibi qeyd edib ki, 2017-ci ildə dövlət başçılarının sammiti Azərbaycanda keçiriləcək. Hazırda Türk Şurasının sədri Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir.


Müəllif:

Oxşar xəbərlər