Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Səfirlikdən APA-ya verilən xəbərə görə, artıq səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib.
Ölkənin milli bayramı-dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabr;n 6-da keçirilməsi nəzərdə tutulan mərasim də ləğv edilib.
Dünən Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun vəfat etməsi barədə rəsmi məlumat yayıb. Prezidentin dəfn mərasimi bu gün Səmərqənddə keçiriləcək.
Ölkədə bu gündən 3 günlük matəm elan olunub.
İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.