Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda sentyabrın 26-na təyin olunmuş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların qeydə alınması məsələsinə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar araşdırılıb: “Müraciət edən təşkilatlardan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi və ELS Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirmək sahəsində lazımi təcrübəyə malikdirlər.
Həmin təşkilatların qeydə alınması üçün kifayət qədər əsaslar var”.
Daha sonra məsələ səsverməyə qoyulub və müraciət edən təşkilatlar “exit-poll” keçirmək üçün MSK tərəfindən qeydə alınıb.
Rəy Monitorinq Mərkəzinin qeydə alınması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.
Kəmalə