“Ermənistanın yürütdüyü dağıdıcı mövqeyə görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər nəticə vermir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov Strasburqda Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv ölkələrin parlament sədrlərinin görüşündə bildirib.
Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə komitə sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputat, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslərdən ibarət parlament nümayəndə heyəti görüşdə iştirak edir.
Tədbirdə Avropada miqrasiya və məcburi köçkün böhranı; milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi; inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılır.
Nərgiz