20 Sentyabr 2016 20:29
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkın barədə erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən hüquq-mühafizə orqanlarına şikayət olunub.

O, sentyabrın 30-da yaşadığı Haaqa şəhərinin polis idarəsinə çağırılıb.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İlhan Aşkın 2014-cü ildə ermənilər Hollandiyanın Almelo şəhərində qondarma “erməni soyqırımı” abidəsi tikməyə başlayarkən bu ölkədəki türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. On mindən çox insanın iştirak etdiyi aksiyada İlhan Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib.

Aşkın təəssüflə qeyd edir ki, bu vəhşilikləri törədənləri cəzalandırmaq yerinə həmin faciəni yaşayanların üsyanını dilə gətirdiyi üçün yerli polis idarəsinə ondan ifadə almaq və hətta cəza tətbiq etmək barədə məktubla müraciət edilib. Məktubda bildirilir ki, guya Almelodakı aksiyada irqçi ifadələr işlətdiyinə görə 2014-cü il iyunun 13-ü və 17-də ondan şikayət daxil olub.

Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə – “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir. Bunun üçün diaspor rəhbəri vəkili ilə birgə polis ofisinə ifadə verməyə çağırılıb.

Məktubda məsuliyyətə cəlbedilmə ehtimalının böyük olduğu da qeyd edilib.

Diaspor rəhbəri onun haqqında yerli polisə burada yaşayan ermənilərin müraciət etdiyini bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər