21 Sentyabr 2016 10:24
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan jurnalist Azər İsrafilov həbsdən azad edilib.

Teleqraf.com xəbər verir ki, o, cəzasının başa çatmasına 7 ay 20 gün qalmış məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.

Azər İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Azər İsrafilov məhkəmə zalından həbs edilib. 2014-cü ildə himayəsində 2 azyaşlı uşağının olması və ilk məhkumluğu nəzərə alınaraq o, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 3 ilə endirilib.

Azər İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb (APA).


Müəllif:

Oxşar xəbərlər