Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyasında 117 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Bu barədə Teleqraf.com-a MSK-nın mətbuat katibi Şahin Əsədli məlumat verib.
Ş.Əsədli qeyd edib ki, xarici müşahidəçilər 18 beynəlxalq təşkilatı təmsil edir:
“Bunların arasında Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Xalq Partiyası, Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyətləri, Türkiyə, İngiltərə, Fransa, İtaliya, Avstraliya və digər ölkələrin parlament üzvləri, xarici ölkələrin mərkəzi seçki komissiyalarının missiyaları, Avropanın seçki müşahidəsi sahəsində ixtisaslaşan bir neçə nüfuzlu qurumu təmsil olunur. Həmin xarici müşahidəçilər ümumilikdə 33 ölkənin vətəndaşıdır”.
MSK rəsmisi əlavə edib ki, ölkə üzrə seçicilərin ümumi sayı 5 milyon 267 min 111 nəfərdir.
Səxavət