26 Sentyabr 2016 13:11
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilən referendumla bağlı AŞPA-nın qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, bir neçə məntəqəyə baş çəkən missiya rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, AŞPA missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün gəlib:

"Missiya 7 nəfərdən ibarətdir. Biz mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq. Sabah ilkin müşahidələrimizlə bağlı mətbuat konfransı keçirəcəyik. 1-2 aydan sonra son nəticələri təqdim edəcəyik".


Müəllif:

Oxşar xəbərlər