Saat 16:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlərdən hər hansı müraciət daxil olmayıb.
Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumata görə, qurumun 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərir. Referendumu işıqlandıran jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durmla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.
Səxavət