28 Sentyabr 2016 15:17
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev israilli həmkarı Reuven Rivlinə Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.


Müəllif: