28 Sentyabr 2016 18:02
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla Qazaxıstan dövlət katibi Gulşara Abdıkalikova arasında görüş keçirilib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Dövlət katibi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana qarşıdakı rəsmi səfərinin bu il Qazaxıstan-Azərbaycan münasibətlərində mühüm hadisə olacağını vurğulayıb.

O.Əsədov qonağa sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi (referendum) və onun nəticələri barədə məlumat verib. Bundan əlavə, Milli Məclisin sədri iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olmasını qeyd edib.

G.Abdıkalikova Qazaxıstanın təşəbbüslərin davamlı dəstəklənməsinə, eləcə də Astanada keçiriləcək "EXPO-2017" beynəlxalq sərgisinin keçirilməsi üçün hazırlıq işlərində fəal iştirak etdiyinə görə Azərbaycana dərin minnətdarlığını bildirib.


Müəllif:

Oxşar xəbərlər