30 Sentyabr 2016 12:40
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa diaspor təşkilatları bizə müraciət edərək bu məsələni qaldırmağımızı xahiş edib. Söhbət ondan gedir ki, Avropada, xüsusilə Hollandiyada aktiv olan, erməni vəhşilikləri haqda işlər aparan diaspor qurumlarına qarşı haqsızlıq edilir”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin iclasında deputat Qənirə Paşayecva dilə gətirib.

O, bildirib ki, Hollandiyada Azərbaycan diasporunun aktiv üzvü İlham Aşkın qondarma ernməni soyqrımına etiraz etdiyinə görə məhkəməyə verilib və prokurorluğa dəvət olunub: “Bizə demokratiyadan və söz azadlığından dərs keçən Avropanın belə addımları təəssüf doğurur. Mən xahiş edirəm ki, bu məsələlərə diqqət ayıraq. Onlar Xocalı soyqırımını Avropada tanıtdırırlar. Ancaq erməni lobbisinin başlatdığı kampaniyaya sanki Hollandiyanın hüquq mühafizə orqanları da dəstək verir”.

Spiker Oqtay Əsədov isə deyib ki, Hollandiyada saxta erməni soyqrımı ilə bağlı qanun qəbul edilməyib. Odur ki, diaspor nümayəndəsinə qarşı belə addımlar qəbuledilməzdir.

Deputat Fazil Mustafa isə deyib ki, Hollandiyada təzyiqlərə məruz qalan diaspor nümayəndəsi həm də Xocalı soyqırımı abidəsinin qoyulmasının təşəbbüskarıdır: “Bizim Xarici İşlər Nazirliyimiz bu məsələyə diqqət etməlidir, soydaşımıza dəstək olmalıdır”

NEMƏT


Müəllif:

Oxşar xəbərlər