6 Oktyabr 2016 17:03
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, ölkə vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər təşkil olunur.

Teleqraf.com-un məlumatına görə, xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 5 oktyabr 2016-cı il tarixdə Abşeron Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini, general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir himnin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, belə tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov çıxışında Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silahlarla təchizatı məsələlərinə toxunaraq, Azərbaycan Ordusunun bütün göstəricilər üzrə regionun ən qüdrətli ordusu olduğunu qeyd edib.

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Abşeron rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.


Müəllif:

Oxşar xəbərlər