10 Oktyabr 2016 12:16
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya prezidenti Vladimir Putin Türkiyənin qədrini bilsin. Ukrayna və Suriya siyasətinə görə Putini bir Qərb dövləti səfərə dəvət etmir, münasibətlər son dərəcə gərgindir, sanksiyalar da bir tərəfdən Rusiyanı boğur. Putin isə nəinki Türkiyəyə gedib bu ölkənin rəsmiləri ilə görüşüb böyük ikitərəfli sazişlərə imza atacaq, İstanbulda keçirilən böyük enerji konfransında çıxış da edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Analitik qeyd edib ki, V.Putinin bu cür tribunaya ehtiyacı var. Onun sözlərinə görə, iki dövlət arasında yeganə fikir ayrılığı yaradan mövzu Suriyadır ki, buna da çarə tapıblar: “Türkiyə Əsədə qarşı ritorikasını yumşaldıb, Suriyadakı hədəfi ancaq terrorçulardır, Rusiya isə silahlı kürdlərə dəstək verməyəcək. Məncə, Suriya ilə bağlı işə yaramayan Rusiya-ABŞ anlaşmasından fərqli olaraq Ankara ilə Moskva öz aralarındakı anlaşmalara riayət edəcəklər. Çünki hər ikisinin bir-birinə ehtiyacı var”.

Səxavət


Müəllif: