Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, rəhbərlik etdiyi qurum sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi – referendumla əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib: “Səsvermə günü səsvermə çox rəvan olub. Azərbaycan mətbuatının referendumla bağlı prosesdə hər hansı qanun pozuntusuna yol verməsi halına rast gəlinmədi. Bu, həm jurnalistlərin peşəkarlığı, həm də seçki subyektlərinin maariflənməsi ilə bağlıdır.
Polisin də prosesdə fəaliyyəti yüksək qiymətləndirilib, hər hansı irad olmayıb. Ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində administrativ resurslardan istifadə olunması barədə ifadəyə rast gəlinmir. Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb. Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır. Vətəndaşlarımız da ölkəsi ilə fəxr edir”.
Səxavət