12 Oktyabr 2016 20:13
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən payız sessiyasında nümayəndə heyətimizin üzvü Vüsal Hüseynov son sessiyadan ötən müddət ərzində baş vermiş irəliləyişlərin müzakirəsi zamanı çıxış edib.

Müzakirələrin əsas mövzusu həm də Türkiyədə 15-16 iyulda baş vermiş dövlət çevrilişinə cəhd və bununla əlaqədar məsələlər olub. V.Hüseynov Ermənistan nümayəndə heyəti üzvlərinin yersiz və qərəzli müdaxilələrini də cavabsız qoymayıb.

Deputat bildirib ki, ötən dövrün ən əhəmiyyətli hadisəsi Türkiyədə iflasa uğramış çevriliş cəhdidir. Onun sözlərinə görə, bu hal insanların, siyasi qrupların, sosial qrupların həmrəyliyinin ən gözəl nümunəsi olub: “Bu həmrəyliyin mənbəyi isə demokratiyaya inam, zorakılıq və insan ölümlərinin heç zaman demokratik institutların fəaliyyətinə etiraz üçün əsas ola bilməməsinə olan inamdır. Bu proses həmçinin göstərdi ki, Türkiyədə Avropa Şurası ilə əməkdaşlıq etmək üçün, bu dəyərlərə sadiqliyin göstərilməsi və dialoqun daha da gücləndirilməsi üçün möhkəm iradə mövcuddur. Mən qürurla qeyd etmək istərdim ki, bizim təşkilatımız, onun prezidenti və baş katibi Türkiyəyə ilk səfər edən olub və Türkiyə xalqına dəstək və onun yanında olmasını bəyan edib. Mən hesab edirəm ki, xüsusilə çevriliş cəhdindən sonra olan çətin dövrdə biz bu yanaşma və baxışımıza davam etməliyik və Türkiyənin yanında olmalıyıq”.

V.Hüseynov daha sonra Ermənistandan olan həmkarlarının fikirlərini şərh edib: “Bizim hər dəfə müşahidə etdiyimiz kimi, erməni nümayəndə heyəti hesab edir ki, özlərinin bu zalda olmasının yeganə səbəbi Azərbaycan barədə qərəzli və doğru olmayan məlumatlar təqdim etməklə dinləyiciləri çaşdırmaqdır. Mən onlara xatırlatmaq istəyirəm ki, onların rolu təkcə Azərbaycan əleyhinə qara informasiya kampaniyası ilə məhdudlaşmır. Siz Ermənistanın bizim əraziləri işğalı nəticəsində qaçqın düşmüş insanların hüquqlarının müdafiəsi ilə bağlı məşğul ola bilərsiz, siz cəsarət edib sizin hakimiyyətin və prezidentinizin də birbaşa iştirak etdiyi Xocalı faciəsi ilə bağlı məsuliyyəti üzərinizə götürə bilərsiz. Sizin həmçinin referendumu qeyd etmənizlə bağlı bildirmək istəyirəm ki, bəli Azərbaycanda həqiqətən əhəmiyyətli konstitusiya islahatı həyata keçirilib və məqsəd Azərbaycanda daha səmərəli idarəçilik sisteminin təmin edilməsidir. Bu referendum insanlar tərəfindən yüksək dəstəklənib və bəli, həqiqətən referendumda AŞPA qiymətləndirmə missiyası və minlərlə digər müşahidəçilər iştirak edib. Bütün müşahidəçilər prosesi müsbət qiymətləndirib və şəffaf olduğunu qeyd ediblər”.

V.Hüseynovun sözlərinə görə, bu referendum göstərdi ki, Azərbaycanda xalqla prezident arasında möhkəm əlaqə var: “Hansı ki, əgər onlar bu barədə danışırlarsa, Ermənistanda bunu müşahidə etmirik. Buna açıq nümunə Erebuni hadisəsidir. Belə ki, bir neçə ay əvvəl müxalifət liderləri və insan hüquqları müdafiəçiləri öz həyatlarını təhlükəyə ataraq, Erebuni polis məntəqəsini girov götürməklə, Ermənistan prezidentinin istefasını istəmişlər”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər