13 Oktyabr 2016 13:32
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdədir".

Teleqraf.com haberler.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının Parlament Assambleyasının iclasında Milli Məclisin deputatı Qənirə Paşayevanın sualını cavablandırarkən deyib:

“Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Eləcə də, Ermənistanla əlaqələrimizi normallaşdırmaq üçün xeyli işlər görüldü. İsveçrədə razılaşma imzaladıq, ancaq bu uğursuz oldu. Rusiya bizim bu fikirləri paylaşdı. Biz də bunu dəstəklədik. Azərbaycanla görüşdük. Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik. Biz Ermənistanla da münasibətlərin normallaşmasını istəyirik. Əgər bu problem həll olunsa, Azərbaycan da bu qərarı dəstəkləyəcək. Nəyə görə Cənubi Qafqazda bu cür təhlükə, bu cür problem olmalıdır? Niyə onu həll etməyək? Minsk Qrupunun səylərini artırmalıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər