Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə olacaqlar.
Bu barədə Teleqraf.com-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Deputatlar burada Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğunun açılış mərasimində və Qərbi Avstraliyada Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilmiş Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Səfər müddətində nümayəndə heyətinin parlament və hökumət üzvləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.