31 Oktyabr 2016 19:24
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavininin köməkçisi Maykl Karpenteri qəbul edib. XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

M.Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın münaqişənin həllində irəliləyişə nail olmaq üçün destruktiv siyasət yürütdüyü və müxtəlif təxribatlara əl atdığını vurğulayıb.

Səmimi şəraitdə keçən görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər