Noyabrın 17-də Milli Dirçəliş Günüdür. 1988-ci ilin 17 noyabrında Azərbaycan xalqı SSRİ rəhbərliyinin siyasətinə, habelə Qarabağdakı erməni daşnaklarının fəallaşmasına etiraz olaraq o zamankı Lenin meydanında uzunmüddətli mitinqlərə başlamışdı. Bu mitinqlər dekabrın 5-nə qədər davam etmişdi. Hər il bu tarix müxtəlif formalarda qeyd olunur.
Teleqraf.com xəbər verir ki, bu il Milli Dövlətçilik Partiyasının sədri, azadlıq aşiqi Nemət Pənahlı qabağa düşüb.
Belə ki, ötən gün Milli Dirçəliş Gününün qeyd edilməsi məqsədilə Təşkilat Komitəsi yaradılıb.
Komitəyə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, vəkil Qurban Məmmədov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə gənc siyasətçi Tural Abbaslı, Bəxtiyar Tuncay, Bünyamin Qəmbərlıi, Ənvər Börsoy və digər şəxslər daxil olub.
Təşkilat Komitəsi elan edib ki, noyabrın 17-də möhtəşəm bir tədbir keçirmək niyyətindədir və bu məqsədlə işlər həyata keçirir.
Yeri gəlmişkən, qeyd edək ki, adətən belə tədbirləri Müsavat və AXCP kimi partiyalar keçirirdi. Ancaq görünən odur ki, bu il Nemət Pənahlı qabağa düşüb.
Xatırladaq ki, Pənahlı Meydan hərəkatının əslində indi özünü lider elan edən siyasi partiya sədrlərinə heç bir aidiyyətinin olmadığını, bu prosesin başında şəxsən özünün olduğunu iddia edir.
Cavad