Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Əlahəzrət,
Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram”.
***
Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Raymonds Veyonisə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan-Latviya münasibətlərinin inkişafı, ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.