25 Noyabr 2016 12:44
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezidentləri dəyişdikdə dünyada da çox dəyişikliklər olur. Tramp da hələlik çalxalanır, bilmir nə edəcək. Artıq Nyu-Yorkun meri onun əleyhinə çıxdı və bildirdi ki, belə siyasət aparmaq olmaz. ABŞ-da 9 minə yaxın müsəlman polis var. Məncə, ABŞ-da çaxnaşmalar olacaq. Bəziləri proqnoz edirlər ki, Trampı impincment edə bilərlər. Məncə, Trampın prezident kimi atacağı ilk addımlara baxandan sonra qəti fikir söyləmək olar”.

Teleqraf.com-un xəbərinə görə, bunu Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

Partiya sədri Rusiya-Amerika münasibətləri haqda fikirlərini də bölüşüb: “Əslində dünyanı çalxalayan elə bu dövlətlərin maraqlarıdır. Bütün dünya dövlətləri arasındakı münasibətlər beynəlxalq hüquqla nizamlanmalıdır. Daha hansı ölkənin harada nə marağı olması ilə deyil. Bu dövlətlərin eyni yerdə marağı olanda və bu maraqlar toqquşanda ciddi problemlər yaşanır. Ancaq sözsüz ki, Rusiya-ABŞ münasibətlərinin normallaşması digər dövlətlərə müsbət mənada sirayət edə bilər. Amma bu normallaşma ədalətli olmalıdır”.

Bununla belə İsmayılov hesab edib ki, bu iki ölkənin münasibətləri düzəlməyəcək: “Hesab edirəm ki, mümkün olan məsələ deyil. ABŞ hesab edir ki, dünyanın bir nömrəli dövlətidir, hər yerə o nəzarət etməlidir. Rusiya isə bununla razılaşmır, öz maraq və iddialarını irəli sürür. Odur ki, gec və ya tez bu münasibətlərdə ziddiyyət yaranmalı idi”.

Sabiq baş prokuror hesab edir ki, dünyada qanunlar şah olmalıdır: “İnsanların qiyməti yoxdur. Yaxın Şərqdə insanları öldürürlər. Ancaq bu cinayətlərə görə heç kim məsuliyyət daşımır. İraq, Suriyada insanlar öldürülür, daha sonra deyilir ki, səhv etmişik. Necə oldu, İraqı məhv etdilər, buna qədər deyirdilər ki, İraqın kimyəvi silahı var. Sonra da bəlli oldu ki, İraqda belə silahlar yoxdur. Necə ola bilər ki, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan sən başqa dövlətə hücum edəsən? Mən hesab edirəm ki, dünyanı qanunla idarə etmək, tənzimləmək lazımdır. Əgər qanunlar pozulursa, nəticəsi Yaxın Şərqdə müşahidə etdiklərimiz olur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər