“Aprelin əvvəllərində baş verən döyüşlər Rusiyanın istəyi ilə dayandırıldı. Bundan sonra Rusiya erməniləri ağıllandırmalı idi. Diplomat Metyu Brayzada həmin ərəfədə qeyd edirdi ki, bir-iki rayon azad edilərək, Azərbaycan verilə bilər və s. Rusiya xarici işlər naziri Sergey Lavrov da bölgəyə səfərlər edirdi, müəyyən pozitiv açıqlamalar verirdi. Yəni irəliləyişlərin olmasına dair ümidlər var idi”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Rasim Musabəyov Milli Məclisdə çıxışı zamanı deyib.
R.Musabəyov əlavə edib ki, bir müddətdən sonra bu prosesin əksi müşahidə edilməyə başlanılıb: “Amma sonra biz bunun əksini gördük. Ermənistan “İsgəndər” raketi aldıqdan sonra münasibət dəyişdi, dasnışıqlar prosesi dayandı. Üstəlik Ermənistanla Rusiyanın birgə hərbi qruplaşma yaratması məsələsi ortaya çıxdı. Bütün bunlardan sonra Sarkisiyan dedi ki, lazım gəlsə, Azərbaycana zərbə endirər və s. Bu əslində lovğalıqdır. Sarksiyan əmindir ki, onun ərazisi zərbədən sığortalanıb. Rusiya tərəfindən”.
R.Musabəyov parlamentdə çıxış edən həmkarlarından fərli olaraq hesab edir ki, Rusiya ilə əlaqələr gücləndirilməli, iş aparılmaldır: “Əlbəttə, Rusiya vasitəçi olsa da, münaqişənin tərəfidir. Biz Rusiyaya böyük fayda verən hərbi əməkdaşlıqdan da uzaqlaşa bilərik. Rusiya Ermənistanla birgə hərbi qruplaşma yaradır. Biz də Naxçıvanda Türkiyə ilə birgə hərbi qruplaşma yarada bilərik. Mən hesab etmirəm ki, bütün bunlar bölgəni sülhə aparır. Hesab edirəm ki, Rusiya ilə dialoq davam etdirilməlidir”.
NEMƏT