28 Yanvar 2017 19:14
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram". APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Senatdakı dinləmələr zamanı bildirib.


Onun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların şərtlərinin yerinə yetirilməsi zərüridir.


Ermənistan-ABŞ əlaqələrinin inkişafının tərəfdarı kimi tanınan senator Edvard Markeyin "rəsmi Yerevanın blokada şəraitindən çıxarılması istiqamətində hansı addımları atmaq niyyətindəsiniz?" sualına cavab olaraq R.Tillerson deyib ki, Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacaq.


Müəllif:

Oxşar xəbərlər