14 Fevral 2017 14:39
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın müxtəlif televiziya kanallarında çəkilən seriallarda ailə institutuna zidd olan məqamlar var. Buna qarşı addımlar atılması üçün təklif edərdim ki, həmin seriallar çəkildikdən sonra hansısa şura tərəfindən qiymətləndirilsin, sonra efirə yayımlansın”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Məlahət İbrahimqızı bildirib.

M.İbrahimqızı Azərbaycan dili ilə bağlı qanunvericliliyin mövcud olduğunu da xatırladıb: “İndi şəhərimizdəki bir çox kinosalonlarda uşaqlar üçün verilən filmlər rus, ingilis dilindədir. Hətta aparılan montorinqlər nəticəsində məlum olub ki, çox az hallarda belə filmlərin altında Azərbaycan dilində tərcümə gedir. Hesab edirəm ki, biz öz dilimizi unutmamalı, belə hallara yol verməməliyik”.

Nemət


Müəllif:

Oxşar xəbərlər